Ukraynanın hüquq-mühafizə orqanları Kiyevdə keçirilən dinc aksiya iştirakçılarını güllələyən adamların siyahısı var. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, ölkənin baş prokurorluğu snayperlərin şəxsiyyətlərini müəyyənləşdirib. Baş prokurorun birinci müavini Nikolay Qolomşanın sözlərinə görə, insanların kütləvi şəkildə güllələnməsinə dəxli olanlarla bağlı dəqiqləşdirmələr aparılır və onların arasında xarici ölkə vətəndaşları da olub. Hüquq-mühafizə orqanları hətta snayperlərin hansı yerlərə yerləşdirildiyi, onların siyahısı da bəllidir.