Qarsda Türkiyə Stasistika Komitəsi binasına silahlı hücum təşkil edilib. Modern.az Türkiyə mətbuatına istinadən xəbərə görə, təcavüzkar 6 adamı öldürüb və intihar edib. Qarsın Atatürk Prospekti üzərində olan Türkiyə Statistika Komitəsinin binasına iş başlar -başlamaz əlində silahı olan şəxs, bölgə müdiri Mehmet Tolon daxil olmaqla 6 adamı öldürüb. Daha sonra isə təcavüzkar intihar edəkək özünü oldürüb. Yaralılarında olduğu bildirilir.
Qeyd olunur ki, təcavüzkarın Türkiyə Stasistika Komitəsinin işçisi olduğu və işdən çıxarıldığı üçün hücumu reallaşdırdığı iddia edilir.Faktla bağlı araşdırma davam etdirilir.
Rafiq Qənbərov