Modern.az

Nazirlik əmək qanunvericiliyinin kütləvi pozulma faktını aşkarlayıb

Nazirlik əmək qanunvericiliyinin kütləvi pozulma faktını aşkarlayıb

Təhsil

19 Mart 2014, 14:45


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iki mindən çox halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin yanvar-fevral aylarında ayrı-ayrı müəssisələrdə 2060 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar olunub. Aşkar olunmuş hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə ümumilikdə 770 850 manat məbləğində cərimə tətbiq edilib. Həmin məbləğin 232 281 manatı artıq ödənilib. Bu rəqəmlər ötən ilin ilk iki ayına dair göstəricilərlə müqayisədə müvafiq olaraq təxminən 11, 5 dəfə və  17 dəfə çoxdur.

Qeyd edək ki, bu istiqamətdə aparılan işlərin əsas məqsədi işəgötürənlərdə əmək hüquqlarının təmin olunması, əməyin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılmasıdır.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı