Modern.az

Azad Rəhimovun ABŞ-a rəsmi səfəri başlayır

Azad Rəhimovun ABŞ-a rəsmi səfəri başlayır

Təhsil

19 Mart 2014, 15:25


Martın 20-dən etibarən gənclər və idman naziri Azad Rəhimovun ABŞ-a rəsmi səfəri başlayır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, səfərin əsas məqsədi bu ilin 28-30 oktyabr tarixlərində Bakıda Gənclər və İdman Nazirliyi, BMT Baş katibinin Gənclər üzrə Elçisi, UNESCO, Avropa Şurası, BMT-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə birlikdə keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumuna ikinci hazırlıq toplantısında iştirak etməkdir. Səfər çərçivəsində nazir A.Rəhimovun Qlobal Forumun Bakıda keçirilməsinə dəstək göstərən və özünün 5 illik prioritetlərində gənclərlə işi xüsusi vurğulayan BMT-nin Baş katibi Ban Ki-Muna rəsmi dəvət məktubunu təqdim etməsi də nəzərdə tutulub. 24-26 mart tarixlərində Azad Rəhimovun BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi tərəfindən ABŞ-ın aparıcı universitetlərindən biri olan Kolumbiya Universitetində "Gənclərin qeyri-bərabərliyi və marqinallaşmasının daha yaxşı anlamına doğru" mövzusunda təşkil edilmiş Konfransda çıxışı da nəzərdə tutulub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı