Modern.az

“Azərsu” ASC tərəfindən məcburi köçkünlərə bayram tədarükü - FOTO

“Azərsu” ASC tərəfindən məcburi köçkünlərə bayram tədarükü - FOTO

Təhsil

19 Mart 2014, 15:33

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novruz bayramı münasibəti ilə Saatlı  rayonunda  müvəqqəti  məskunlaşmış  qaçqın və məcburi  köçkün  ailələrinə ərzaq yardımı edilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə un, yağ, şəkər tozu, qənd, düyü və digər məhsullarından ibarət ərzaq  yardımı edilib.

 “Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin ediblər. 

Novruz bayramı ərəfəsində Səhmdar Cəmiyyətin əməkdaşları 7 saylı fiziki-əqli qüsurlu uşaqlar üçün internat məktəbinə hədiyyələr təqdim edib, bayram şənliyi keçiriblər. 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı