Modern.az

Fransa prezidenti Azərbaycana səfər edəcək

Fransa prezidenti Azərbaycana səfər edəcək

Təhsil

19 Mart 2014, 16:16


Fransa prezidenti Fransua Olland bu il mayın 11-12-də Azərbaycanda səfərdə olacaq.

APA-nın xəbərinə görə, F. Olland Cənubi Qafqaza səfərinə məhz Azərbaycandan başlayacaq.

F. Olland Bakıya mayın 11-də gələcək. Onu bir sıra iri Fransa şirkətlərinin nümayəndələrinin də daxil olduğu geniş nümayəndə heyəti müşayiət edəcək. Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı müzakirə olunacaq.

F. Olland daha sonra Ermənistana və Gürcüstana səfər edəcək.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı