Modern.az

Bidzina İvanişvili Gürcüstan prezidentindən küsüb

Bidzina İvanişvili Gürcüstan prezidentindən küsüb

Təhsil

19 Mart 2014, 16:25

Gürcüstanda ötən ilin payızında keçirilən seçkilərdən sonra prezident seçilən Georgi Marqvelaşvili prinsipial olaraq başqa keyfiyyət nümayiş etdirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş baş nazir Bidzina İvanişvili belə qənaətə gəlib. Onun sözlərinə görə, hələ də Marqvelaşvili ilə ünsiyyət saxlamır:
“Gizlətmirəm, mən çox şey gözləyirdim. İlk iki ayda mən prezidentlə  çox mübahisə etdim. Bizim aramızda xeyli fikir ayrılığı vardı. İki ay müddətində biz ciddi mübahisə etdik. O, prinsipial olaraq başqa keyfiyyət nümayiş etdirdi. Marqvelaşvili seçkidən sonra xarakterini ortaya qoydu. Tezliklə 60 yaşım olacaq, mən belə nümunə xatırlamıram. Bu gün artıq biz formal olmasa da, əlaqə saxlamırıq, mən bunu faciə hesab etmirəm. Biz qərara gəlmişik ki, əgər onun ətrafında nəsə baş veribsə, bunu açıq şəkildə müzakirə etmək həm lazımdır, həm də vacibdir”. 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı