
Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri Novruz şənliyində iştirak ediblər.
Mərasimdəki çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, hazırda Azərbaycanın xarici siyasətilə bağlı addımları beynəlxalq hüquqa və ədalətə söykənir,
“Azərbaycan bütün məsələlərdə prinsipial mövqe göstərir. Xarici siyasətimiz tam müstəqildir və xalqımızın maraqlarına söykənir” deyən dövlət başçısı həmin siyasətin uğurunu BMT TŞ-nin üzvlüyünə keçirilən seçkilərin də təsdiqlədiyini xatırladıb. Qeyd edib ki, ötən 2 il ərzində Azərbaycan bu təşkilatda ləyaqətlə təmsil olunaraq beynəlxal hüququ və ədaləti müdafiə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirib ki, münaqişə beynəlxalq hüquq və prinsiplər, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.
İlham Əliyev iqtisadi islahatların bir çox sosial məsələlərin həllinə imkan verdiyini vurğulayıb. Prezident vurğulayıb ki, hazırda Azərbaycan dünyada önəmli enerji təchizatçısı rolunu oynayır və ölkəmiz bu sahədə liderdir. Artıq gələcək inkişafla bağlı müvafiq addımların atılır və regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3-cü proqram qəbul edilib. Dövlət başçısı ölkəmizdə və paytaxtda aparılan quruculuq işlərindən də danışıb, hazırda Azərbaycanın 1-ci Avropa oyunlarına hazırlaşdığını və ölkəmizin həmin oyunları yay olimpiya oyunları səviyyəsində keçirmək əzmində olduğunu deyib.
Modern.az