Modern.az

Sərdar Cəlaloğlu Milli Şuranı TANIMADI: “O nə təşkilatdır?”

Sərdar Cəlaloğlu Milli Şuranı TANIMADI: “O nə təşkilatdır?”

Təhsil

3 Aprel 2014, 13:07

“Milli Şura adlı bir qurum yoxdur. O nə təşkilatdır, fəaliyyəti nədir və necədir?!”. Bunu Modern.az saytına ADP sədri Sərdar Cəlaloğlu partiyasının Milli Şuraya qoşulması ilə bağlı suala cavab verərkən deyib. O bildirib ki, Azərbaycanda Milli Şura adlı təşkilat yoxdur.

“Hardadır o Milli Şura, nədən ibarətdir? Onun yalnız formal olaraq adı qalıb. ADP olmayan bir təşkilata necə daxil ola bilər? Bu qapısı olmayan bir yerə elə təsəvvürdə tutulan qapıdan daxil olmağa bənzəyər”-deyə S. Cəlaloğlu qeyd edib.

Xatırladaq ki, Milli Şuranın  2013-cü il prezident seçkilərindən sonra dağılması prosesi sürətləndi.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı