Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja aprelin 4-də Ermənistana səfər edəcək. Modern.az Armenia Today saytına istinadən xəbər verir ki, səfər Ermənistanın Milli Təhlükəsizlik şurasının katibi Artur Baqdasaryanın dəvəti ilə gerçəkləşəcək. KTMT rəsmisi səfər çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyanla da görüşəcək.
Qeyd edək ki, bu, N. Bordyujanın Ermənistana birinci səfəri deyil.
Modern.az