Modern.az

MTRŞ sədri: “Region televiziyaları peyklə dünyaya yayımlana bilər”

MTRŞ sədri:  “Region televiziyaları peyklə dünyaya yayımlana bilər”

Təhsil

10 Aprel 2014, 13:19


“Regional televiziyanın mahiyyəti odur ki, o öz regionu üçün nəzərdə tutulur. Regional televiziyanı yaradan şəxs ona görə yaradır ki, ancaq həmin region üçün nəzərə alınsın”. 
Bunu Modern.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbəri Nuşirəvan Məhərrəmli deyib.
“Region televiziyası regional xarakteri daşıyırsa öz regionun əhatə dairəsində göstərməlidir. Yəni tutalım, “Cənub televiziyası”na lisenziya verilməyibsə o, ancaq cənub bölgəsində göstərəcək. O, şimal bölgəsində göstərilsə regional televiziya olmur ki, gərək ölkə üzrə televiziya olsun. Azərbaycan böyük ölkə deyil ki, hər kəs dursun televiziya açsın. Sonradan kim istəyirsə, peyk üzərindən dünyanın istənilən yerində yayımlana bilər. Bu, onun özünün şəxsi işidir. Onun peyk vasitəsi ilə yayımlamağa icazə verilir. Amma onun Azərbaycan ərazisində yerüstü yayım kimi ancaq həmin region üçün nəzərdə tutulur”.

Rafiq Qənbərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı