Rusiya prezidenti Vladimir Putin Krımın ölkəsinə birləşməsindən danışıb.
Modern.az İTAR-TASS-a istinadən xəbər verir ki, Kreml rəhbəri Rusiyanın Krımı ilhaq etməsinin səbəblərindən danışıb. V. Putin bildirib ki, əslində Rusiya heç vaxt Krımı birləşdirməyi düşünməyib. “Biz Krım əhalisinin əhval-ruhiyyəsindən sonra bölgəni Rusiyaya qatmağa qərar verdik. Ona qədər isə belə bir məsələ gündəmdə deyildi”,-deyə Rusiya dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Ukraynada Qərb tərəfdarlarının hakimiyyəti devirməsinin ardından Rusiya Krıma qoşun yeritdi. Bundan sonra isə Krım parlamenti Rusiyaya birləşmək haqqında referendum keçirilməsi qərarını verdi. 16 martda keçirilən referendumun nəticələrinə əsasən Krım Rusiyanın tərkibinə keçdi. Qərb dünyası isə referendumu tanımadığını bəyan edib.
Aqşin Kərimov