Azərbaycan Futbol Federasiyasının nümayəndə heyyəti ilə Cənubi Koreya Respublikasının Paytaxtı Seul şəhərində Koreya Futbol Federasiyasının nümayəndə heyyəti arasında görüş keçrilib. Modern.az xəbər verir ki, görüş zamanı AFFA –nın I vitse prezidenti Milli məclisin üzvü Rauf Əliyev ilə Koreya Futbol Federasiyasının Prezidenti arasında işgüzar danışıq aparılıb. . Hər iki ölkə arasında futbolun inkişafı üzrə iki ölkə arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. AFFA –nın I vitse prezidenti Rauf Əliyev Azərbaycanda idmanın bütün sahələrinin o cümlədən, futbolun inkişafı üçün hər bir şəraitin yaradıldığı barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü ilə müvafiq dövlət proqramlarına əsasən Respublikasının bütün regionlarında Olimpiya Kompleksləri, stadionlar tikilib istifadəyə verilib, mövcud stadionlar və futbol meydançaları təmir olunub. Onun sözlərinə görə, futbolun inkişafı üzrə müvafiq Dövlət proqramı qəbul edilib. Görüşdə 17,19,21 yaşlı azərbaycanlı və koreyalı gənclər arasında dostluq-futbol yarışlarının keçrilməsinin əhəmiyyəti qeyd olunub. “Bu cür yarışların təşkil edilməsi gənc futbolçuların təcrübə qazanmaları və iki xalq arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradacaq”. Eyni zamanada hər iki ölkədə qadın futbolunun inkişafına dair fikir mübadiləsi aparılıb. Daha sonra Rauf Əliyev bildirdi ki, 2015-ci ildə Azərbaycanda I Avropa Oimpiya oyunlaraı keçriləcək. “Hal-hazırda bununla əlaqədar böyük hazırılıq işləri aparılır. Bakı şəhərində 60 minlik Olimpiya stadionunun tikintisi surətlə davam etdirilir. Aparılan danışıqların nəticəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədi ilə müvafiq sənədlərin hazırlanması üçün Koreya Futbol Federasiyasının prezidenti Federasiyasının I vitse prezidentinə tapşırıq verib”.
