Modern.az

Putin 14 generalı qovdu

Putin 14 generalı qovdu

Təhsil

10 Aprel 2014, 23:52

Rusiya prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyindən (FHN), Cəzaların İcrası üzrə Federal Xidmətdən (CİFX), Daxili İşlər Nazirliyindən (DİN) və İstintaq Komitəsindən 14 generalı eyni anda işdən çıxarıb. 

ANS PRESS-in məlumatına görə, müvafiq sənəd Rusiyanın rəsmi hüquqi informasiya portalında yerləşdirilib. İşdən çıxarılanlar sırasında FHN-in nəzarət fəaliyyəti departamentinin direktoru, general-mayor Yuri Deşevıx və onun müavini general-mayor Anatoli Qiletiçin adı var. Bundan başqa, FHN yanğından mühafizə və mülki müdafiə departamentinin direktoru general-mayor Maksim Vladimirov, onun müavini general-mayor Robert Kireyev, həmçinin FHN arxa və silah təminatı departamentinin direktoru general-mayor Nikolay Qreçuşkin işdən çıxarılıb. Eyni zamanda FHN-in Peterburq idarəsinin rəisi, general-mayor Yevgeni Deyneka və Kalmıkiya idarəsinin rəisi general-mayor İqor Mixaylov işdən çıxarılıb. 

CİFX-dən rəis müavini general-mayor Nikolay Kolesnik, idarə rəisləri general-mayor Sergey Obux və general-mayor Valeri Trofimov işdən azad edilib. 

DİN-dən isə Tümen vilayətinin idarə rəisi general-mayor Mixail Korneyev, Kursk vilayətinin idarə rəisi general-mayor Viktor Potapov, maliyyə departamentinin rəis müavini general-mayor Aleksandr Şerbin ixtisar edilib. 

İstintaq Komitəsində isə Novosibirsk vilayətinin idarə rəisi general-mayor İvan Şeyenko işdən çıxarılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı