Modern.az

Türk səfirdən ABŞ Senatına CAVAB

Türk səfirdən ABŞ Senatına CAVAB

Təhsil

11 Aprel 2014, 10:12


Qondarma erməni “soyqırımı"nın tanınması haqqında ABŞ Senatı komitəsinin qətnamə qəbul etməsinə ciddi yanaşmaq lazım deyil. Tarixi hadisələrə siyasi qiymət vermək olmaz, bu tarixçilərin öz işidir". Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnaməni qəbul etməsini şərh edərkən deyib.  O bildirib ki, sözügedən qətnamə ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri demokrat Robert Menendes və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilib. “Tarixi saxtalaşdırmaq və dəyişdirmək olmaz”,-deyə səfir qeyd edib.  

Qeyd edək ki, ABŞ-dakı erməni lobbisinin təhriki ilə qondarma “soyqırımı” məsələsi senatın gündəliyinə salınıb və qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.  

Rafiq Qənbərov  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı