Modern.az

Etibar Məmmədov İspaniyaya getdi

Etibar Məmmədov İspaniyaya getdi

Təhsil

11 Aprel 2014, 12:16


Azərbaycan Milli İstiqlal Partiyasının lideri və Beynəlxalq Demokrat İttifaqının ( BDİ) sədr müavini Etibar Məmmədov İspaniyaya gedib. Bu barədə “Yeni Müsavat”a AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov məlumat verib. Onun sözlərinə görə, Etibar Məmmədovun İspaniya səfəri Beynəlxalq Demokrat İttifaqının Madriddə  keçirilən İcraçı toplantısında iştirak etmək məqsədi daşıyır.   İcraçı toplantının proqramına Beynəlxalq Demokrat İttifaqının Daimi Beynəlxalq Əlaqələr Komitəsinin toplantısı , təşkilat daxili hesabatlar və məlumatlar, yeni üzvlüyə namizəd partiyaların təqdimatı, Latın Amerikasında keçirilən seçkilər və siyasi vəziyyət, Ukraynada baş verən hadisələr daxildir. İspaniyanın hakimiyyətdə olan Xalq Partiyasının ev sahibliyi ilə keçirilən icraçı toplantının gedişində İspaniyanın baş naziri Mariano Rajoy ilə də görüş planlaşdırılıb.  

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı