Modern.az

“Moskva” univermağındakı yanğından zərərçəkənlərə kompensasiya ödənilməyib

“Moskva” univermağındakı yanğından zərərçəkənlərə kompensasiya ödənilməyib

Təhsil

15 Aprel 2014, 12:08


““Moskva” univermağının yanmış hissəsi təmir olunub və hər kəs işinə əvvəlki kimi davam edir”. Bunu Modern.az-a sözügedən univermaqda fəaliyyət göstərən anonim sahibkarlardan biri deyib.

“Lakin baş vermiş qəzayla bağlı zərərçəkənlərə heç bir kompensasiya ödənilməyib. Univermağın müdiri Elmira Mədətova bildirdi ki, sığorta nə vaxt pul ödəyərsə, o zaman sizə pul veriləcək”.

Aparılan hesablamalara əsasən, univermaqda sahibkarlara dəyən ziyan 100 min manat civarındadır. “Eskalatorun altında yerləşən, içərisində qızıllar olan seyflər  istidən ərimişdi. Onları yenə də əridib istifadə edirlər, lakin yanmış mebel dəstləri bərpa edilə bilmədiyindən ziyan da ən çox həmin şöbəyə dəyib”

Qeyd edək ki, martın 14-də “Moskva” univermağında yanğın baş verib. Yanğın ticarət mərkəzinin 1-ci mərtəbəsindəki eskalatorun yanından başlayıb. Bundan sonra alov böyüyərək ətrafdakı mağazaları da əhatə edib.

 

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!