Modern.az

Sumqayıtda qadınları fahişəliyə cəlb edən kişi saxlanıldı

Sumqayıtda qadınları fahişəliyə cəlb edən kişi saxlanıldı

Təhsil

15 Aprel 2014, 13:17

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadınların fahişəliyə cəlb edilməsi faktı aşkarlanıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, əməliyyat zamanı gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edən Sumqayıt şəhər sakini Ayaz Abbasov saxlanılıb.

Digər məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindəki “Fawity Towers” otelində, orada qeydiyyatçı işləyən Bakı şəhər sakini Timur Qurbanovun gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı