Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalı partiyasının Məclis qrup yığıncağında danışıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Bağçalı yenə iranlı iş adamı Rza Zərrabdan bəhs edərək onu yenə "Şarlatan" adlandırıb: “Bilalın küpünü doldurub, Burakın gəmi flotunu gücləndirərkən cibində çay pulu olmayana arxa çevirmək səmimiyyətsizlik deyilmi?
Şarlatan iranlını xeyriyyəçi deyə təsvir edib, həbsxana qapılarını açıb buraxılan bu şəxsin hər kəsə iddia açmasını təşviq etmək səmimiyyətsizlik deyilmi? Məlum bank müdirini gözümüzün içinə baxa-baxa Əkinçilik Bankı rəhbərliyinə təyin etmək səmimiyyətsizlik deyilmi?”