Redaksiyamıza müraciət edən Hüseyn Nuriyev mətbuatda onunla bağlı şikayət edənlərin haqsız olduğunu dilə gətirib və bunu qara piar adlandırıb.
O qeyd edib ki, adı çəkilən LNS MMC-nin distribyuterlərindən biridir: “Kimlərinsə pulunun yeyilməsi ilə bağlı mənim də adım hallanıb. Mənim Q.NET -lə heç bir əlaqəm yoxdur. Hətta başqa saytlarda da bizim şirkətin nurçularla bağlı olduğu deyilir. Mən onu bildirmək istəyirəm ki, belə iddiaları ortaya atan insanlar haqsızdırlar. Bizə böhtan atırlar. Bizimlə əsas mübahisə ondan ibarətdir ki, əvvəllər, 2008-2010-cu illərdə biz birlikdə GUEST.NET şirkətindən işləmişik. Daha sonra bir sıra problemlər yaşandı. Məhsul vurulmadı, kimlərinsə pulu yeyildi. Biz vəziyyətin bu yerdə olduğunu gördükdən sonra LNS MMC yaratdıq. Kimlərin pulu mənimsənilmişdi, onlar hüquq mühafizə orqanlarına müraciət etdilər. Pulları yeyənlər bizi sıxışdırmağa başlayıblar.Bizə deyirlər ki, sizin pullarınızı qaytaracağıq, gedin şikayətlərinizi geri götürün. Əgər götürməsəz, sizinlə başqa cür danışacğıq. Hətta mənim maşınımı da əzdilər, ofisimin şüşülərini sındırdılar. Buna görə 18- ci polis bölməsinin əməkdaşları onlar haqqında istintaq aparırlar. Onların bizimlə əsas məsələsi şikayət verməyimizlə bağlıdır. Bizə şər atırlar, “nurçu”lar, “piramidaçı”lar deyilir, bizim ünvanımıza. 180 nəfərə qarşı bu cür münasibət var. Bizimlə prinsipləri ondan ibarətdir ki, siz şikayətiniz geri götürməsəz,sizi mətbuatda şantaj edəciyik.
Onlar mənimlə bağlı 18-ci polis bölməsinə şikayət etmişdilər və qanuni yolla bu məsələni təsdiqləyə bilmədilər. Sonra müstəntiq də bildirdi ki, onlar barəsində cinayət işi açılacaq. Onlar istəmirlər ki GUEST NET şirkəti dağılsın, "LNS"MMC-yə keçsinlər”.
Kimlər ki, adamların pullarını yeyib, onlar barəsində Bakı Baş Polis idarəsində cinayət işi başlanılıb. Artıq saxlanılar var və onlar haqqında istintaq gedir.
Yazıda digər adı çəkilən Ağalar İdrisoğlu isə bildirib ki, heç vaxt prezidentin səlahiyyətli nümayəndəsi olmayıb: “Mənə şər atırlar. Bir ziyalı kimi prezident seçkilərində təbliğat aparmışam ki, İlham Əliyevə səs versinlər. Çünki mən ondan başqa ikinci bir prezident görmürəm.
Araşdırma aparılır, əslində mənə şər atan o insanların özlərinin də pulları yeyilib. Yəni o adamların mənim şəbəkəmə aidiyyatı yoxdur.
Mən heç kimin pulunu mənimsəməmişəm. Guya deyilir ki, Ağalar İdrisoğlu kiminsə 50 min manat pulunu mənimsəyib. Bu rəqəmləri hardan götürüblər? Bu şər-böhtanla mənim şərəfimi alçaltmaq istəyənlər var. Bu ağ yalandır. Bu şər-böhtanı atanlara qarşı mən istintaq orqanlarına müraciət edəcəm.
Mənim haqqımda çox şey deyilə bilər. Amma mənim mövqeyimi bilmədən yazılanları qəbul etmirəm.
Dünən ofisimə hücum ediblər. Məni hətta yolda görüb təhqir edib, söyüşlər edirlər. Mənə deyirlər ki, get şikayətini geri götür. Mənim şəbəkəmdə olan insanların pulları yeyilib. Rasim Muradzadə, Furqan, Emil, Elçin tərəfindən yeyilib. Camaatın pullarını geri qaytarsınlar. Onlar mənə 32 min 980 manat puldan 10 min pul təklif ediblər, amma mən demişəm ki, o pul mənim əlimə qəpiyinəcən gəlməsə götürən deyiləm. Rasimin yanında Emin, Elçin bu pulu mənə təklif edib. Yəni onlar faktı yayındırmaq üçün mənə böhtan atırlar.
Mənə Ceyhun xəbər göndərib ki, Ağalar İdrisoğlu ərizələri geri götürməsə biz bütün mətbuatda onun haqqında nə gəldi yazıdıracayıq. Onu şantaj edəcəyik”.
P.S. Qeyd edək ki, bir neçə gün öncə Rəşad İskəndərov, Əbülfəz Rzayev, Samir İsrafilov və Şahlar Məmmədov yuxarıda adları çəkilən şəxslərin onların pulunu mənimsədikləri barədə redaksiyamıza şikayət məktubu göndəriblər.
Modern.az