Modern.az

“Rus arağından şikayətlər var”

“Rus arağından şikayətlər var”

Təhsil

17 Aprel 2014, 13:20

“Xaricdən gətirilən saxta spirtli içki məhsullarının Azərbaycana idxal faizi aşağıdır. Ən çox Rusiya Federasiyasından gətirilən məhsullarda saxta brendlər müəyyən olunub”. Bunu Modern.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib. Onun sözlərinə görə, Azərbaycana əsasən Rusiyadan başqa, Ukrayna, Baltikyanı ölkələr və Avropa ölkələrindən spirtli içkilər idxal olunur.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, spirtli içki məhsulları barədə əhalinin məlumatı çox azdır. “Vətəndaşlar bilməlidir ki, alkoqollu içkilərin satış şəbəkəsində saxlanma müddəti bir ildən artıq deyil. Məsələn, konyakın saxlanma müddəti 3 ildən, şərablarınkı 6 aydan çox ola bilməz. Yanlış bir təsəvvür yaranıb ki, spirtli içki nə qədər çox saxlanarsa, o qədər də keyfiyyətli olar. Bu, doğrudur, lakin doğru şəraitdə saxlanıldıqda”.

AİB sədri bildirir ki, şərab satışa çıxarıldıqdan sonra onun ömrü azalır. “Bu gün Azad İstehlakçılar Birliyinin apardığı monitorinqlər göstərir ki, Azərbaycan əmtəə bazarında olan spirtli içkilərin 95%-nin etiketində buraxılma və son yararlılıq müddəti yazılmayıb. İndiyə qədər Birliyə daxil olan şikayət “Naşa marka” arağından olub. İstifadə edənlərin çoxu malın keyfiyyətindən çox narazıdır. Həmin məhsula nəzər saldıqda üzərində tarix göstərilmədiyi və istehlakçı hüququnun pozulduğunu aydın görmək olur”.

 

  Gülşən Raufqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı