Millət vəkili Aydın Mirzəzadə "Eurovision 2014"də uğursuz çıxış edən və cəmi 33 xalla 22-ci yeri tutan Dilarə Kazımovaya verilən qiyməti ədalətsiz sayır. Modern.az-ın məlumatına görə, A.Mirzəzadə bununla bağlı deyib:
”Azərbaycanın “Avroviziya-2014” mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımovanın ifasına verilən qiymətləri və tutduğu 22-ci yeri ədalətsiz hesab edirəm.
Həm mahnı gözəl idi, həm də ifa yüksək səviyyədə idi. Ancaq səhnə quruluşu uğursuz idi, daha uğurlu variant tapıla bilərdi.
Tutduğu yerdən asılı olmayaraq Dilarə xanımı təbrik edirəm, həmişə təmsilçilərimizin yanındayıq və uğurlarımızın bundan sonra da çox olacağına inanıram”.
Modern.az