Modern.az

Libaredyan ABŞ-ın QARABAĞ siyasətini tənqid ETDİ: “Uorlikin təklifləri çox pisdir"

Libaredyan ABŞ-ın QARABAĞ siyasətini tənqid ETDİ: “Uorlikin təklifləri çox pisdir"

Təhsil

11 May 2014, 23:07


“Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Qarabağın həlli ilə bağlı etdiyi təkliflər 1997-ci il sənədi ilə müqayisədə qat-qat pisdir. Halbuki, həmin sənədə görə Petrosyanı istefa verməyə məcbur elədilər”. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri işləmiş Jirayr Libaredyan deyib. O, ABŞ-ın Qarabağ probleminin  tənzimlənməsi ilə bağlı siyasətini tənqid edib. Keçmiş dövlət rəsmisi bildirib ki, Petrosyan administrasiyasının apardığı xarici siyasətdə Qarabağ münaqişəsinin həlli istiqamətləri xüsusi yer tuturdu.

Onun sözlərinə görə həmin ərəfədə Laçının Ermənistana verilməsi şərti ilə Dağlıq Qarabağ münaqişəsinin  tənzimlənməsi nəzərdə tutulurdu. “1997-ci il sənədinə əsasən Laçın bizim nəzarətimizə verilirdi. Bizim qarşı tərəfə verəcəyimiz ərazilərdə yüngül polis nəzarəti istisna olmaqla  silahlı hərbi birləşmələr olmayacaqdı. Uorlikin irəli sürdüyü altı bəndlik təklifi 1997-ci ildə Ermənistan hakimiyyətinin irəli sürdüyü həll variantından heç də yaxşı deyil”,-deyə J. Libaredyan müqayisə edib.

Qeyd edək ki, J. Libaredyan bundan öncəki açıqlamalarının birində Petrosyan adiministrasiyanın Qarabağın çözümü ilə bağlı tərəfdar olduğu mərhələli həll variantına ABŞ-ın da qarşı çıxdığını vurğulayıb.  O, 1998-ci ildə Petrosyanın prezident postundan kənarlaşdırılmasında ABŞ-ın maraqlı olduğunu ifadə edib.    

Xatırladaq ki, Minsk Qrupunun ABŞ-dan olan həmsədri C. Uorlik  Dağlıq Qarabağ probleminin sülh yolu ilə  həll edilməsinin altı elementini göstərib  və bunu ABŞ-ın Qarabağ siyasətinin prioritetləri olduğunu açıqlayıb. Amerikalı diplomat danışıqlar prosesində ən çox mübahisə yaradan Laçının statsundan söz açıb. “Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin olması vacibdir. Bu dəhliz təhlükəsiz gediş-gəliş üçün lazımi genişliyə malik olmalıdır, lakin bütün Laçın rayonunu əhatə edə bilməz”,-deyə C. Uorlik bəyan edib.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı