Modern.az

Minsk Qrupu atəşkəsin 20 illiyi ilə bağlı BƏYANAT verdi

Minsk Qrupu atəşkəsin 20 illiyi ilə bağlı BƏYANAT verdi

Təhsil

12 May 2014, 09:57

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Azərbaycanla Ermənistan arasında imzalanmış və tarixə “Bişkek protokolu” adı ilə düşmüş atəşkəs sazişinin 20 illiyi ilə bağlı bəyanat verib. Modern.az saytı ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda atəşkəs sazişinin aktiv hərbi əməliyyatları dayandırmaqda böyük rol oynadığı  və bunun sülh danışıqları üçün zəmin yaratdığı vurğulanır.

“Atəşkəs nəticəsində yeni nəsil Azərbaycan və Ermənistan gəncliyi müharibənin dəhşətlərini yaşamadan böyüdü. Bu təcrübə ilə gələcək nəsilləri qorumaq üçün mümkün olan hər şeyi etmək lazımdır”.

Bəyanatda o da qeyd olunur ki, atəşkəs sazişi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmədi. Minsk Qrupu etiraf edir ki, atəşkəs sazişindən sonra işğal edilmiş torpaqların boşaldılması və Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün edilən cəhdlər uğursuz nəticələnib.

“Lakin Minsk Qrupu bütün görüşlərdə sülh prosesində irəliləyiş əldə etmək istiqamətində mühüm qərarlar qəbul etmək üçün səylərini davam etdirib. Biz BMT nizamnaməsi və Helsinki Yekun Aktı ilə ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək  çərçivəsində konfliktin həllini  istəyirik. Biz tərəfləri xoş niyyətli danışıqlara çağırırıq. Azərbaycan və erməni xalqı arasında inam və qarşılıqlı anlaşma olmadan bu, mümkün olmayacaq. Biz azərbaycanlılar və ermənilərin sülh və təhlükəsizlik şəraitində birgə yaşamaları üçün kömək etməyə hazırıq”,-deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bu gün  Qarabağ müharibəsinin dayandırılması üçün Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs sazişinin 20 illiyidir.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı