Litvanın hazırkı prezidenti Dala Qribauskayte mayın 11-də keçirilən seçkilərin birinci turunda qalib gələ bilməyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən mayın 25-də Ukrayna ilə eyni gündə bu ölkədə seçkilərin ikinci turu keçiriləcək. Qeyd edək ki, həmin gün Avropa Parlamentinə də seçkilər keçiriləcək. Qribauskayte protokolların 96 faizi sayıldıqdan sonra birinci turun nəticələrinə görə səslərin 46 faizini toplaya bilib. İndiki prezidentin rəqibi, partiya mənsubiyyəti olmayan, ancaq Litvanın sol mərkəzçi Sosial-Demokrat Partiyasını təmsil edəcək Ziqmantus Balçitis səslərin 14 faizini yığa bilib.
Qribauskayte 2009-cu ildə ilk dəfə prezident seçilib.
Modern.az