Modern.az

Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

Təhsil

12 May 2014, 10:49

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 12:00-dək Binəqədi rayonunun bir hissəsi, saat 12:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsi, saat 13:00-dan 14:00-dək Qaradağ rayonunun bir hissəsi, saat 13:00-dan 15:00-dək Quba rayonunun bir hissəsi, həmçinin 1020 mm-lik "Qazıməmməd-Qazax" I xətt magistral qaz kəmərinin 146,0-cı və 199,1-206,2-ci kilometrlərində aparılacaq təmir işləri ilə əlaqədar bu gün qazın verilişində məhdudiyyətlər olacaq.

Eləcə də Qəbələ, Yevlax, Naftalan rayonlarının bütün yaşayış məntəqələri, Ağdaş, Göyçay, Goranboy rayonlarının bir hissəsi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Ağcabədi və Füzuli rayonlarında isə qismən fasilələr yaranacaq.

  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı