Modern.az

Ukrayna separatçılarının referendumu “baş tutub”

Ukrayna separatçılarının referendumu “baş tutub”

Təhsil

12 May 2014, 11:32

Ukraynanın Donetsk və Luqansk vilayətlərində yerli separatçıların keçirdiyi referendumda seçicilərin guya  əksəriyyəti bu vilayətlərin müstəqilliyinə səs veriblər.
Modern.az xəbər verir ki, separatçı “Donetsk Xalq Respublikası”nın Mərkəzi Seçki Komissiyasının sədri Roman Lyapin bu barədə məlumat verib. Onun sözlərinə görə, mayın 11-də keçirilən refrendumda Donetsk sakinlərinin 89,7 faizi müstəqilliyin lehinə səs verib: “Seçki bülletenində yalnız bir sual olub: “Siz Donetsk və Luqansk xalq respublikalarının dövlət müstəqilliyini dəstəkləyirsinizmi? Donetsk üzrə seçki fəallığı 74,87 faizdir. Rəqəmlər belədir: 89,7 faiz lehinə, 10,19 faiz əleyhinə, 0,74 faiz bülleten isə etibarsız sayılıb”.

Lyapinin sözlərinə görə, Luqansk vilayəti üzrə səsvermənin nəticələri hələ məlum deyil. Bununla belə, separatçı məmur axşam saatlarında hər iki vilayət üzrə nəticələrin elan olunacağını bəyan edib. Bu arada seçkilərin legitimliyin tanımayan Ukraymna qoşunları Donetsk vilayətində antiterror əməliyyatını davam etdirirlər. Donetsk vilayətinin Krasnoarmeysk şəhərində baş verən toqquşmalarda 2 yerli sakinin öldürüldüyü xəbər verilib. Eyni zamanda Mariupol, Odessa, Dneprpetrovsk və Xarkov şəhərlərində gərginlik davam edir.

Vüqar İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı