Modern.az

“Azərbaycanın Ermənistana səs verməsi haqda xəbər təxribatdır” - İctimai Televiziya

“Azərbaycanın Ermənistana səs verməsi haqda xəbər təxribatdır” - İctimai Televiziya

Təhsil

12 May 2014, 11:39



““Eurovision 2014” yarışmasının finalındakı səsvermə zamanı Azərbaycanın Ermənistana 8 bal verməsi yanlış informasiyadır”.

Bunu Modern.az-a İctimai Televiziyadan deyiblər: “Azərbaycanın Ermənistana səs verməsi mümkün deyil. Belə səsverməyə ehtiyac da yoxdur. Əgər belə fakt baş verərsə, bunu gizlətmək olmaz. Ona görə də Azərbaycanın Ermənistana gizli şəkildə səsverməsi haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir. İsveçli jurnalist Kriss Bosvellin Azərbaycanın Ermənistana 8 ballıq səsverməsi barədə öz mikroblokunda informasiya yerləşdirməsi Azərbaycana qarşı təxribatdan başqa bir şey deyil”.

Qeyd edək ki, mayın 10-da Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision-2014” mahnı müsabiqəsi keçirilib. Həmin müsabiqədən sonra İsveçdən olan jurnalist öz blokunda Azərbaycanın Ermənistana 8 bal verdiyini yazıb.

Namidə BİNGÖL

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı