Modern.az

Təhsil naziri müəllimlərlə bağlı təzə əmr verdi

Təhsil naziri müəllimlərlə bağlı təzə əmr verdi

Təhsil

12 May 2014, 12:15

Təhsil naziri Mikayıl Cabbarov məllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə əmr imzalayıb. Nazirlikdən
Modern.az
-a verilən məlumatda bildirlib ki, Prezidentin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub.

Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə nazir M.Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılıb ki, Bakı şəhərinin ümumi təhsil müəssisələrində işləyən müəllimlərin  ixtisaslar üzrə siyahılarının bir həftə müddətinə hazırlanmasını təmin etsin;

Həmçinin 2014-cü il may ayının 25-dək hər  bir  ixtisas  üzrə test bankının hazırlanması, ekspertizadan keçirilməsi, müəllimlərin sayına uyğun sual kitabçaları və cavab kartlarının çapı ilə əlaqədar tədbirləri görsün;

- müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq mərkəz, hər bir mərkəz üzrə rəhbər və nəzarətçiləri müəyyənləşdirsin;

- sınaq qiymətləndirmənin məqsəd və mahiyyəti barədə pedaqoji heyətin məlumatlandırılmasını təmin etsin;

- sınaq qiymətləndirmədə bütün müəllimlərin iştirakını təmin etsin;

- sınaq qiymətləndirmə başa çatdıqdan sonra cavab kartlarının yoxlanılmasını təşkil etsin və nəticələri rəhbərliyə təqdim etsin;

- nazirliyin aidiyyəti şöbələri ilə birlikdə sınaq qiymətləndirmənin nəticələrini təhlil etsin və müəllimlər əmək fəaliyyətinin optimallaşdırılması üzrə təkliflər hazırlasın.

Nazirliyin Elm və ali təhsil şöbəsi, Məktəbəqədər və ümumi təhsil şöbəsi, İnsan resursları şöbəsi, Dünya Bankının maliyyə dəstəyi ilə Təhsil Nazirliyində həyata keçirilən Layihələrin Əlaqələndirmə Qrupu, Bakı  Pedaqoji  Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna tapşırılıb ki, sınaq  qiymətləndirmənin  nəticələri əsasında ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsili proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb təqdim etsinlər.

Bakı şəhərində yerləşən dövlət ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, müəyyənləşdirilmiş vaxtda müəllimlərin sınaq qiymətləndirmədə iştirakını təmin etsinlər.

 Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı