Modern.az saytı xəbər verir ki, Bakı şəhəri Təhsil İdarəsi iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsini keçiriləcək. “Sınaq qiymətləndirilmələri üç istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında sorğu aparılacaq”.
Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Elnur Əliyev deyib.
“Sinaq Qiymətləndirilməsinin fənn istiqaməti müəllimə öz bilik və bacarığını qiymətləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü tərəflərini müəyyən etmək imkanı verəcək. Metodika istiqaməti üzrə tapşırıqları – kurikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı və sair kimi məsələləri əhatə edir. Kommunikativ qabiliyyətə dair sorğu – müəllimlərin şagirdlərlə ünsiyyəti və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir”, – deyə E. Əliyev əlavə edib.
Müdir müavini deyib ki, qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin peşə fəaliyyəti stimullaşdırıcı meyarlarla dəyərləndiriləcək və yeni yanaşmaya uyğun təlim proqramları hazırlanacaq. Ümumilikdə, təhsilin keyfiyyətinin yüksəlməsinin təmin edəcək, əmək fəaliyyətinin və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaq. Qeyd edək ki, qiymətləndirilmə paytaxtın 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcək.
Sınaq qiymətləndirilmələri diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir.
Rafiq Qənbərov