Rusiya Ukraynanın şərq əyalətlərində keçirilən referendumla bağlı rəsmi açıqlama verib. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidməti bu haqda bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Rusiya Ukraynanın Donetsk, Luqansk bölgələrində keçirilən referendumun nəticələri sivil yolla reallaşacağına inanır. “Biz referendumun nəticələrinin mədəni yolla və Kiyev hakimiyyətinin Donetsk, Luqansk nümayəndələri arasında dialoq vasitəsi ilə açıqlanacağına ümid edirik. Rusiya Donetsk və Luqanskda keçirilən referendumu diqqətlə izləyir. Seçki bu bölgələrdə yaşayan xalqın iradəsini əks etdirir. Biz dialoqun qaydaya salınması üçün istənilən səyləri müsbət qiymətləndiririk. Bu istiqamətdə ATƏT-in də vasitəçiliyini dəstəkləyirik”,-deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Donetsk və Luqansk şəhərlərində rus meylli qüvvələrin səyi ilə sözügedən bölgələrin Ukraynanın tərkibindən çıxaraq müstəqil olması məsələsi referenduma çıxarılıb.
Aqşin Kərimov