Modern.az

Nazirliyin sifarişi ilə yeni sosial obyektlər inşa olunur

Nazirliyin sifarişi ilə yeni sosial obyektlər inşa olunur

Təhsil

12 May 2014, 14:13

Azərbaycanda sosial cəhətdən təhlükəli vəziyyətdə olan  uşaqlar sosial sığınacaqla təmin ediləcək.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunan Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin və Yetkinlik yaşına çatmayanlar üçün  İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın tikinti işlərinin cari ilin ikinci yarısında başa çatdırılması nəzərə tutulur.  Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi gözdən əlillərin gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnmələri, onların sosial reabilitasiyasının daha dolğun şəkildə aparılması məqsədinə xidmət edir. İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq isə çətin həyat şəraitinə düşmüş, sosial cəhətdən təhlükəli vəziyyətdə olan  uşaqları müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edəcək. Qeyd edək ki, sosial müdafiə əhəmiyyətli digər yeni sosial layihə kimi, hazırda Qobustan rayonunda  Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa olunur. Mərkəzdə qeyd olunan şəxslərin peşə hazırlığı və işlə, tibbi və sosial yardımla təmin edilməsi, sosial adaptasiya olunmaları məqsədilə dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq işlər aparılacaq.   Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı