Modern.az

“125”-lərdən İlham Əliyevə əfv MÜRACİƏTİ

“125”-lərdən İlham Əliyevə əfv MÜRACİƏTİ

Təhsil

12 May 2014, 15:18

“125-lər” siyasi klubunun təşəbbüsü ilə bir qrup ziyalı prezident İlham Əliyevə müraciət edib.

Modern.az-a daxil olan məlumata görə müraciətdə deyilir: 

“Hörmətli cənab Prezident! 

  Ölkəmizdə baş verən müsbət hadisələr bizi sevindirdiyi kimi, xalqımız və dövlətçiliyimiz üçün yaranan neqativ hallar da bizi məyus edir. Son illər ictimai-siyasi hadisələr fonunda həbs olunmuş bir sıra insanlar var ki, onların azadlıqdan məhrum edilməsi və ya barələrində məhkəmə işinin aparılması Azərbaycan cəmiyyətini, o cümlədən, bizləri də ciddi narahat edir. Həmçinin ölkəmizin beynəlxalq aləmdə yerinə və imicinə təsir göstərməklə daha ciddi problemlərimizin həllinə maneçilik törədir. Hörmətli cənab Prezident!  Bu müraciətimizlə səmimi niyyətimizi bəyan edərək, vətəndaş həmrəyliyi, dialoq və barış, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə, xahiş edirik ki, konstitusiyanın Sizə verdiyi səlahiyyətlərdən istifadə edib, həbsdə olan ictimai-siyasi fəalları azad edəsiniz.  Ölkəmizin, xalqımızın mənafeyinə xidmət edən bu təşəbbüsə dəstək verəcəyinizə inanırıq.

Hörmətlə,

Elçin Şıxlı  

Arif Əliyev  

Rauf Arifoğlu  

İlqar İbrahimoğlu  

Seyran Səxavət  

Həmid Herisçi  

Fazil Mustafa  

İqbal Ağazadə  

İlyas İsmayılov

Üzeyir Cəfərli

İlhamiyyə Rza  

Etimad Əsədov  

Aysel Əlizadə

Xalisə Şahverdi

Anar Qasımlı  

Günel Səfərova  

Ramin Hacılı  

Tamilla Qulami

 

Modern.az

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı