Modern.az

Bazar günü keçirilən imtahanların nəticələri 2 gün sonra açıqlanacaq

Bazar günü keçirilən imtahanların nəticələri 2 gün sonra açıqlanacaq

Təhsil

12 May 2014, 15:26

“Əvvəlki illərin məzunları üçün dünən keçirilən qəbul imtahanının nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur”. Bunu Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Qeyd edək ki, TQDK dünən 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 33 binada keçirilib.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı