Modern.az

Ukraynada 7 prezidentliyə namizədə sui-qəsd hazırlanıb

Ukraynada 7 prezidentliyə namizədə sui-qəsd hazırlanıb

Təhsil

12 May 2014, 15:35



Ən azı yeni hakimiyyətin 10 nümayəndəsinə və prezidentliyə namizədlərə sui-qəsd hazırlanıb, yaxud hazırlanır. Bu səbəbdən onlara bütün sutka ərzində pulsuz dövlət mühafizəsi ayrılıb.

Modern.az
xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Dövlət Mühafizə İdarəsinin rəisi Valeri Qeletey bildirib. O, prezidentliyə namizədlər arasında Olqa Boqomoletsin, Mixail Dobkinin, Oleq Lyaşkonun, Pyotr Poroşenkonun, Sergey Tiqipkonun, Yuliya Timoşenkonun, Oleq Tyaqnibokun adların çəkib. Hakimiyyət nümayəndələrinə gəldikdə,  onun sözlərinə görə, bunlar prezident və Ali Rada sədrinin vəzifələrini icra edən Aleksandr Turçinov, baş nazir Arseni Yatsenyuk və baş nazirin birinci müavini Vitali Yaryomadır.

  İdarə rəhbəri deyib ki, əgər prezidentliyə keçmiş namizəd və xalq deputatı Oleq Tsarevin dövlət mühafizəsi olmasaydı, Odessadakı qarşıdurma zamanı onu öldürə bilərdilər.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı