Modern.az

Kürdəmirdə özünü yandıran qadının yaşama ehtimalı çox azdır - Həkim

Kürdəmirdə özünü yandıran qadının yaşama ehtimalı çox azdır - Həkim

Təhsil

12 May 2014, 15:38


“Kürdəmir rayonu, Qədimli kənd sakini 37 yaşlı Sevil Nəsirova mərkəzə may ayının 10-da gətirilib. Xəstəni müayinə edən reanimatolq Vüqar Zeynalov bildirib ki, vəziyyəti çox ağırdır”.

Bunu Modern.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərovun əvəzedicisi həkim Sabir Mirzəyev bildirib: “Başın, üz nahiyəsinin, gövdənin ön səthinin, kürək nahiyəsinin, hər iki yuxarı ətrafların, yuxarı tənəffüs yollarının 3-cü AB dərəcəli termiki alov yanığı diaqnozu ilə xəstəxanaya daxil olub. Yanıq şoku ağır dərəcədir. Nə lazımdırsa edilir. Sadəcə, ümid Allahadır. Yaşama ehtimalı çox aşağıdır.”

Xəstəxananın həyətində xəstənin yaxınlarını axtarsaq da, onları tapa bilmədik. Başqa xəstə yaxınları S.Nəsirovanın qayınana, qayınatası tərəfindən xəstəxanaya gətirildiyini bildirdilər. Onun özünü yandırmasına səbəb ailədə yaranan narazılıq olub. Belə ki, Sevil bir müddət əvvəl ər evini tərk edərək ata evinə qayıdıb. Lakin daha sonra yenidən ər evinə geri dönüb. Evdə baş verən təzyiqlərə dözməyən qadın intiharı çıxış yolu bilib. Digər məlumata görə, S.Nəsirova qayınanası ilə uzun müddət imiş ki, problem yaşayırmış. Dünən növbəti dəfə onlar mübahisə ediblər və bundan sonra Sevil Nəsirova əsəbi halda özünü yandırıb.

Məlumat üçün bildirək ki, qadının atası da xəstəxanada olub, lakin o da qudaları kimi xəstəxananı tərk edib. Qadın hazırda xəstəxanada tək, Allahın ümidinə qalıb. Həkimlər isə onun barəsində ümidsizdirlər.

Qeyd edək ki,  37 yaşlı Sevil Nəsirova mayın 10-da yaşadığı evin həyətində ailə üzvlərinin gözü qarşısında üstünə nüft tökərək özünə od vurub.

Ağır vəziyyətdə Kürdəmir şəhər Mərkəzi Xəstəxanasına gətirilən 37 yaşlı kənd sakini daha sonra təcili tibbi yardım avtomobili ilə Bakıya göndərilib.

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı