Modern.az

Yanukoviç Donetsk və Luqanskda keçirilən referendumu DƏSTƏKLƏDİ

Yanukoviç Donetsk və Luqanskda keçirilən referendumu DƏSTƏKLƏDİ

Təhsil

12 May 2014, 16:06


Ukraynanın hakimiyyətdən devrilmiş keçmiş prezidenti Viktor Yanukoviç Donetsk və Luqanskda keçirilən referenduma münasibətini bildirib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, V. Yanukoviç növbəti dəfə Rusiyanın maraqlarına xidmət edən açıqlama verib. O bildirib ki, Kiyev hakimiyyəti Donetsk, Luqansk, Odessadan öz ordularını geri çəkməlidir. “Bununla da xalqa qarşı zorakılığa son qoyulmalıdır. Qanlı hakimiyyət Ukraynada üç yüz nəfəri öldürüb”.

Sabiq prezident onu da bildirib ki, Ukrayna hakimiyyətinin zorakılığına dözməyən Donetsk və Luqansk referendum keçirməklə düz iş görüb. “Onlar dövlət quruluşunun başqa bir formasını istəyirlər. Ukrayna iqtidarı onların səbrinin daşırdı”,-deyə V. Yanukoviç söyləyib. Keçmiş dövlət başçısı Ukrayna hakimiyyətinə heç kimin cəzasız qalmayacağını da xatırladıb.  

Qeyd edək ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra Ukraynanın şərq əyalətlərində də separatizm alovlandı. Krım ssenarisinin Donetsk və Luqanskda da təkrarlanacağı ehtimalı artıq özünü doğrultmaqdadır.  Donetsk və Luqansk əyalətlərində rus meylli qüvvələrin təhriki ilə referendum keçirilib. Referenduma sözügedən regionların Ukraynanın tərkibindən ayrılaraq müstəqil “dövlət” olmaları barədə müddəa səsə qoyulub.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı