Modern.az

Prokuror Pərviz Həşimliyə 9 il həbs istədi

Prokuror Pərviz Həşimliyə 9 il həbs istədi

Təhsil

12 May 2014, 16:53

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun işi üzrə proses keçirilib.

Hər iki şəxs ötən il sentyabrın 17-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda günahkar bilir.

“Media forum” saytının məlumatına görə, Pərviz Həşimlinin vəkili Fariz Namazlı “Facebook” səhifəsində yazıb ki, mayın 12-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Pərviz Həşimliyə 9 il həbs cəzası verilməsini təklif edib.

Fariz Namazlının yazdığına görə, prokuror Təvəkkül Qurbanovun da 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı