Mayın 12-də Masallı rayonu ərazisində ağır yol qəzası faciə ilə nəticələnirb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Masallı rayonu, Alvadı kəndi, Ələt-Astara yolunun 164-cü kilometrliyində yol nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilində sürücü və sərnişinin cəsədi, "Nissan" markalı minik avtomobilində isə 2 nəfər sərnişindən bir nəfərin cəsədi, 1 nəfər isə yaralı olmaqla qəza nəticəsində deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə minik avtomobillərindən 3 nəfərin cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onlardan biri yolda dünyasını dəyişib.
Modern.az