İlkin məlumatlara görə, Avropa Parlamentinə keçirilən seçkilərdə 751 deputat yerinin 212-sini (28 faiz) sağçıları və xristian-demokratları birləşdirən Avropa Xalq Partiyası fraksiyası qazanıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ikiinci yerdə Sosialistlərin və Demokratların Proqressiv Alyansı 185 (26 faiz) deputat kürsüsünə yiyələnib. Bu alynas daha çox solçu partiyalardan təşkil olunub. Lakin heç bir fraksiyanın mütləq çoxluq ədə etmədiyi də bildirilir. Seçkinin nəticələrinə əsasən Avropada ultra sağçı və mühacirlərə qarşı proqramları olan millətçi partiyalar da parlamentdə deputat saylarını artıra biləcəklər. Belə ki, Fransada millətçi “Milli Cəbəhə” partiyası səslərin 25 faizini toplayıb. Böyük Britaniyada isə ölkələrinin Avropa Birliyindən çıxmasını tələb edən “Böyük Britaniyanın Müstəqilliyi” Partiyası səslərin 30 faizdən çoxunu qazanıb. Beləliklə, deputat sayını 27-dən 36-ya çatdıran millətçilər nəticələri məlum olmayan 56 deputat mandatına da iddialıdırlar. Fransanın “Milli Cəbhə” Partiyasından əlavə, Avropa Parlamentinə Hollandiyanın “Flamand Maraqları”, Finlyandiyanın “Həqiq Finlər”, Avstriyanın “Azadlıq” və İtaliyanın “Şimal Liqası” kimi millətçi partiyaları daxil olublar.
Xatırladaq ki, mayın 22-dən 25-nə qədər seçilən 751 Avropa Parlamenti üzvü yaxın 5 ildə fəaliyyət göstərəcəklər.
Vüqar İsmayılov