Modern.az

Sumqayıt sakini Suriyada öldürüldü

Sumqayıt sakini Suriyada öldürüldü

Təhsil

26 May 2014, 10:58

 APA-nın Suriyada vuruşan azərbaycanlı döyüşçülərdən aldığı məlumata görə, “Yehya Azəri” kimi tanınan azərbaycanlı döyüşçü Hələb yaxınlığında Bəşər Əsəd qüvvələri tərəfindən vurulub.

Azərbaycanlı döyüşçülər onun meyitinin fotosunu da yayımlayıblar.

Öldürülən azərbaycanlının əsl adı açıqlanmasa da, onun Sumqayıt sakini olduğu bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib.

Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

 

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı