Modern.az

Vəkil: “İlqar Məmmədov yenidən məhkəmə qarşısına çıxacaq“

Vəkil: “İlqar Məmmədov yenidən məhkəmə qarşısına çıxacaq“

Təhsil

26 May 2014, 11:09


REAL Hərəkatının hazırda həbsdə olan sədri İlqar Məmmədovun məhkəməsi iyunun 15-ə təyin olunub. Bu barədə Modern.az-a İ. Məmmədovun vəkili Fuad Ağayev açıqlama verib. Hüquq müdafiəçilərinin tərtib etdiyi siyahıda İlqar Məmmədovun adının da olduğunu və onun əfv olunacağı təqdirdə azadlığa çıxacağı ilə razılaşmayaa gəlincə, F. Ağayev bildirib ki, REAL sədri əfv üçün müraciət etməyib.
“İlqar Məmmədov əfvə dair heç bir ərizə yazmayıb. Amma bu o demək deyil ki, sabah əfvi haqqında hansısa fərman verilsə, o, deyəcək ki, mən təcridxananı tərk etmirəm. Əlbəttə, bu, qeyri-məntiqi bir hərəkət olardı”.

Xatırladaq ki, REAL Hərəkatının sədri İlqar Məmmədova müsavatçı Tofiq Yaqublu ilə birgə Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar  yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. 
Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində Tofiq Yaqubluya – 5 il, REAL hərəkatının sədri İlqar Məmmədova isə 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Avropa İnsan Haqları Məhkəməsi REAL Hərəkatı sədrinin həbsini ədalətsiz sayaraq AZərbaycan hökuməti qarşısında İ. Məmmədova 22 min avro ödənməsi cəzası kəsib.

Gültəkin ƏLƏSGƏR 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı