Modern.az

Millət vəkili liseydə müəllim və şagirdlərlə görüşdü - FOTOLAR

Millət vəkili liseydə müəllim və şagirdlərlə görüşdü - FOTOLAR

Təhsil

26 May 2014, 11:22


Son illər Azərbaycanda məktəb təhsil məsələləri yeni çalarlarla daha maraqlı, daha rəngarəng keçirilir. Əlifba bayramı, 4-cülərin - ibtidai sinfi başa vurmaları günü, son zəng və digər rəngarəng tədbirlər müəllimləri ruhlandırır, şagirdləri yeni-yeni uğurlara səsləyir.

Modern.az xəbər verir ki, bu günlərdə Xətai rayonunda “Heydər Əliyev adına Liseyi”n 4-cü sinif şagirdləri “Dəniz səyahəti” adlı maraqlı ədəbi-bədii kompozisiya ilə sevincli anlarını qeyd ediblər.

Şagirdlər dörd il ərzində əldə etdikləri biliklərə əsaslanaraq Azərbaycan dövlətinin inkişaf etmiş dünya dövlətləri sırasında elm, mədəniyyət, incəsənət və digər sahələrdə ləyaqətlə təmsil olunması barəsində biliklərə yiyələndiklərini nümayiş etdiriblər.

Tədbirdə şagirdlər anaya məhəbbət, vətənə məhəbbət, milli dəyərlərimizə hörmət ruhunda yazılmış şeir nümunələri və mahnılarla çıxış edərək, milli rəqslərimizdən nümunələr nümayiş etdirdilər.

Tədbir boyu səslənən Azərbaycanın klassik bəstəkarlarının əsərlərindən parçalar həm dinləyicilərə, həm də iştirakçılara xüsusi zövq verirdi.

Tədbirə dəvət olunmuş qonaqlar arasında Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri, millət vəkili Hadi Rəcəbli, Xətai RİH başçısının müavini Jalə xanım Avdıyeva, YAP Xətai rayon Təşkilatının sədr müavini Yeganə xanım Məmmədova, valideynlər və müəllimlər iştirak ediblər.

Tədbirin sonunda millət vəkili Hadi Rəcəbli, Jalə Avdıyeva çıxış edərək 4Ç sinif şagirdlərini və müəllimə Sənubər Qasımovaya ağıllı və təşəbbüskar uşaqlar yetişdirdiyinə görə öz təşəkkürlərini bildirdilər. Onlar ölkəmizdə belə təhsil ocağı ilə qürur duyduqlarını söylədilər.

Hadi Rəcəbli məktəbin müəllim və şagirdlərinin Ulu öndərin adını daşıyan liseyə layiq səviyyədə olduqlarını vurğuladı və müəllifi olduğu “Düşüncələr işığında”, “Sabitlikdən sosial rifaha”, “Azərbaycan Respublikasının sosial müdafiə sistemi” kitablarını liseyin kitabxanasına hədiyyə edib.

Valideynlər və şagirdlər həm sinif müəlliminə, həm də liseyin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda  liseyin direktoru Əməkdar müəllim Fikrət Xəlilov çıxış edərək, vaxt ayırıb tədbirdə iştirak etdiklərinə görə Millət vəkili Hadi Rəcəbliyə, qonaqlara və valideynlərə öz təşəkkürünü bildirib.

Sinif müəlliməsi Sənubər Qasımova səmərəli pedaqoji fəaliyyətinə görə lisey rəhbərliyinin “Fəxri fərman”ı ilə təltif edildi.

 

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı