Modern.az

Deputat Elmira Axundova: “Ad günlərim həmişə yaddaqalan olub”

Deputat Elmira Axundova: “Ad günlərim həmişə yaddaqalan olub”

Təhsil

26 May 2014, 11:25

“Ad günümü yaxınlarım, doğmalarımla rahat və sakit qeyd edəcəyəm. Keçən il yubileyimi çox yüksək səviyyədə keçirmişdim. Ona görə bu il daha sadə keçirəcəyik. Amma baxarıq, hələ ki təbriklər, o cümlədən sizin təbrikiniz daxil olur. Sizə də minnətdaram ki, həmişə bizə və bizim işlərimizə diqqətlisiniz”.

Bunu Modern.az-a açıqlamasında bu gün 61 yaşını qeyd edən deputat Elmira Axundova deyib. Onun sözlərinə görə, yubileyləri hər zaman yaddaqalan olub: “Doğum günü mənim üçün önəmli deyil. Burada mənim heç bir xidmətim olmayıb ki, dünyaya gəlmişəm. Doğum günlərində biz valideynləri yada salırıq. Kim ki yoxdur, onlara rəhmət diləyirik, kim ki dünyada var, can sağlığı diləyirik. Çünki onlar bizi bu dünyaya gətiriblər. İlk növbədə valideynlərimizi yada salırıq və ən doğmalarımız, sevimli insanlarımız təbrik edir. Əlbəttə, bu, çox xoşdur.

Yubileylərimi həmişə çox yaxşı keçirdirəm. Yadımdadır, 50 illik yubileyimdə çox gözəl bir hadisə baş verib. Çünki bizim ümummilli liderimiz Heydər Əliyev mənə “Şöhrət ordeni” vermişdi. Və mən çox böyük bir təmtəraqla onu qeyd etdim. Keçən il də yubileyimdə hörmətli prezidentimiz İlham Əliyev mənə fəxri fərman verdi”.

 

Misranə Həsənzadə 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı