
Müdafiə Nazirliyi Azərbaycan Ordusunda erməni əsilli hərbi qulluqçunun xidmət etməsi məsələsinə mnasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar.
“KİV-də adı hallanan ehtiyatda olan polkovnik Qafarov Seyran Nuri oğlu 09.01.2009-cu il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə uyğun olaraq yaşa görə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq edir”.
Modern.az