Modern.az

TQDK: “Magistr imtahanlarının ilkin nəticələri Facebook-da veriləcək”

TQDK: “Magistr imtahanlarının ilkin nəticələri Facebook-da veriləcək”

Təhsil

26 May 2014, 11:49



Modern.az
-ın məlumatına görə, mayın 25-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirilib. İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində ümumilikdə 16 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 1 saat 30 dəqiqə davam edib. Bütün imtahan mərkəzlərində imtahan təlimata uyğun keçirilib və bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) imtahan protokollarının və cavab kartlarının emalı aparılır, eyni zamanda yazı işlərinin yoxlanmasına başlanıb. Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur. Bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın rəsmi Facebook səhifəsində veriləcək.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödəmiş bakalavrlar mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər. 2014-2015-ci tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmalar və digər zəruri məlumatlar 4 saylı “Magistr” jurnalında dərc olunub.  

Misranə Həsənzadə
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı