
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və keçmiş iqtisadiyyat naziri Kaxa Dendukidze Ukraynanın yeni dövlət başçısı Pyotr Poroşenkonun komandasında təmsil oluna bilər.
Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu açıqlama ilə “UDAR” Partiyasının lideri, Kiyevin yeni meri Vitali Kliçko çıxış edib. Onun sözlərinə görə M. Saakaşvili yeni prezident Pyotr Poroşenkonun məsləhətçisi ola bilər.
“Ehtiyac olacaqsa, Saakaşvili və Gürcüstanın sabiq iqtisadiyyat naziri Kaxa Dendukidze dövlət postlarında qərar tutacaq”.
Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrə görə, dünən keçirilmiş prezident seçkisinin qalibi biznesmen Pyotr Poroşenkodur.
Aqşin Kərimov