Türkiyə hüquq-mühafizə orqanları saxta sənəd, hesabat hazırladığı iddia edilən şəxslərə qarşı əməliyyat keçirib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Diyarbakırda keçirilən əməliyyatlarda 20 nəfər saxlanılıb. Saxlanılanlar arasında professorların olduğu da bildirilir.
Diyarbakır prokurorluğu məhkumlar haqqında saxta sənədlər hazırladığı ehtimal edilən şəxslərlə bağlı araşdırma aparıldığını bildirib. Tutulanlar arasında həkimlər, xəstə baxıcıları da var.
Həbs olunanların sayının artacağı istisna edilmir.
Modern.az