Modern.az

Lavrov Proşenko ilə dialoqun şərtlərini AÇIQLADI

Lavrov Proşenko ilə dialoqun şərtlərini AÇIQLADI

Təhsil

26 May 2014, 14:15

Moskva Pyotr Proşenko ilə dialoqa hazırdır. Amma bu işə görə bizə  vasitəçilər lazım deyil”..

Modern.az İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. XİN başçısı xüsusilə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilin vasitəçəliyinə ehtiyac duyulmadığını bildirib.

Onun sözlərinə görə Rusiya real dialoqun qaydaya salınması üçün Ukraynanın səylərini dəstəkləyir. S. Lavrov Ukrayna hakimiyyətinin “Yol xəritəsi”ni reallaşdıracağına ümid etdiyini də söyləyib. 

“Ukrayna hakimiyyəti regionda güzəştli razılıqların tapılmasını da təmin etməlidir. Beynəlxalq təşkilatlar, xüsusilə BMT, ATƏT Ukrayna hakimiyyətindən şəffaflıq tələb etməlidir”,-deyə S. Lavrov qeyd edib.  

Xatırladaq ki, ötən gün Ukraynada keçirilən növbədənkənar prezident seçkisində oliqrax Pyort Proşenko qalib gəlib. 

Aqşin Kərimov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı