Ukraynanın devrilmiş sabiq dövlət başçısı Viktor Yanukoviç ötən gün vaxtilə rəhbərlik etdiyi ölkədə keçirilən prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, keçmiş prezident bu barədə bəyanatla çıxış edib. V. Yanukoviç bəyanatında seçkilərə hörmət etdiyini bildirib.
“Mən xalqımın bu çətin vaxtda etdiyi seçimə hörmət edirəm”,-deyə V Yanukoviç bildirib.
Keçmiş rəhbər onu da əlavə edib ki, Ukraynadakı seçkilərin tam legitimliyi üçün şərq vilayətlərinin də iştirakı zəruri idi. Yanukoviç bu dəfə də Ukraynada onu devirənləri ittiham edib və onları xalqla zorakı rəftarda təqsirləndirib.
Modern.az